Doğuş vaxtını tezləşdirməyə çalışan qadının rəqsi sosial şəbəkələrdə böyük marağa səbəb olub. Doğuş vaxtını tezləşdirməyə çalışan qadının rəqsi sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Hamilə qadının rəqsi sensasiyaya çevrildi – Fotolar + Video

Doğuş vaxtını tezləşdirməyə çalışan qadının rəqsi sosial şəbəkələrdə böyük marağa səbəb olub.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Eypril Styuartın doğuş vaxtına 10 gün qalıb.

Lakin, ana körpəsinə qovuşmaq üçün artıq gözləyə bilmədiyini deyib. O, bu məqsədlə hər gün dinamik buqi rəqsi edir.

“Mən doğuşu tezləşdirmək üçün müxtəlif yollara əl atmışam – zəncəfilli, moruqlu çay içmişəm ancaq alınmayıb. Körpəm dünyaya gəldikdən sonra ona da tez bir zamanda rəqs etməyi öyrədəcəm” – deyə Styuart qeyd edib.

Eypril Styuart rəqs müəllimidir.

Bəxtiyar Abbasov

AzNews.az