Avtomobil alan şəxs 4 kisə pul ödədi - Satıcılar 2 saata saydılar + Video

Çində avtosalonlardan birinin rəhbərliyi kifayət qədər qəliz müştəri ilə rastlaşıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, alıcı avtosalondan 25 min dollara yeni avtomobil alıb. Müştəri bu pulu 1 yuan əskinazları ilə ödəyib. O, 4 kisə pulu otaqda yerə töküb.

Qeyd edək ki, 1 yuan 0.150188 dollar dəyərindəndir. 25 min dolları yuana çevirdikdə isə 170 minə yaxın əskinaz edir. Avtosalon rəhbərliyi pulları sayıb qurtarmaq üçün bütün əməkdaşlarını bu işə cəlb edib. İşçilər pulları 2 saata sayıb qurtarıbar.

Bəxtiyar Abbasov

AzNews.az