Hindistanda üzərində insanlar olan körpünün uçması anı həvəskar çəkilişdə öz əksini tapıb. Hindistanda üzərində insanlar olan körpünün uçması anı həvəskar çəkilişdə öz əksini tapıb.

Sel üzərində insanlar olan körpünü uçurdu – Ana və balanın boğulması anbaan kamerada + Video

Hindistanda üzərində insanlar olan körpünün uçması anı həvəskar çəkilişdə öz əksini tapıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Araria kəndində aramsız yağan yağışların səbəb olduğu sel körpünün uçmasına səbəb olub. Yerli sakinlər körpü qırılmamışdan əvvəl çayın digər sahilinə keçməyə çalışıblar. Belə cəhdlərdən biri ana və uşağı üçün faciə ilə nəticələnib. Onlar körpünü keçən anda körpü uçub. Ana və azyaşlı sel sularına düşərək boğulublar. Digər bir nəfər isə, körpünün kənarından asılı vəziyyətdə qalıb. Onu son anda xilas etmək mümkün olub.

Hindistanda son günlərdə qeydə alınan daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 100-ü ötüb.

Bəxtiyar Abbasov

AzNews.az