- Köhnə - Video
- 24 Avqust 2017 17:58
- 7 841
Yəmən xalqı ayağa qalxdı – Yüz minlərlə insan sabiq prezidentə dəstək verdi (Video)
Yəməndə yüz minlərlə insan sabiq dövlət başçısı Əli Abdullah Salehə dəstək məqsədilə küçələrə axın edib.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, fəallar Xalq Məclisi Partiyasının 35 illiyini qeyd ediblər. Aksiyada Əli Salehi də iştirak edib. O, xalqı Yəmənin müdafiəsinə çağırıb.
“Biz ölkəmizi müdafiə etməyə və döyüşlər yönləndirməyə hazırıq. Cəbhəyə çoxlu sayda könüllü döyüşçülər göndərmişik. Onların arasında vətən uğrunda şəhid olanlar da var. Bundan sonra da minlərlə döyüşçü göndərməyə hazırırıq” – deyə Salehi qeyd edib.
Yəmən hökuməti hazırda husi üsyançılarına qarşı mübarizə aparır. Ölkədə davam edən qeyri-stabil vəziyyətlə yanaşı, digər bir tərəfdən vəba xəstəliyi də geniş yayılıb.
Bəxtiyar Abbasov
AzNews.az