Vulkan püskürdü - Hündürlüyü 500 metr + Video

Kosta Rikada Poas vulkanı püskürüb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, vulkandan çıxan kül dumanının hündürlüyü 500 metrə çatıb. Şiddətli püskürmə 4 saata yaxın davam edib. Rəsmilər təbii fəlakətin bölgə əhalisinə təhlükə törətmədiyini qeyd ediblər.

Yerli seysmoloqlar vulkanın son günlərdə daha da fəallaşdığını bildiriblər.

Bəxtiyar Abbasov

AzNews.az