Peruda müəllimlər hökumətə qarşı etiraz aksiyası keçirib. Peruda müəllimlər hökumətə qarşı etiraz aksiyası keçirib.

Müəllimlər hökumətə etiraz edirlər - Əmək haqlarının...(Video)

Peruda müəllimlər hökumətə qarşı etiraz aksiyası keçirib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, paytaxt Limada baş tutan aksiya zamanı polislə müəllimlər arasında qarşıdurmalar olub. Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Qarşıdurmalar nəticəsində 20-ə yaxın müəllim qazdan zəhərlənərək xəsarət alıb.

Müəllimlər artıq 2 aydır ki, etiraz aksiyası keçirirlər. Onlar hökumətdən əmək haqlarının və təhsil xərclərinin artırılmasını tələb edirlər. Hökumət müəllimlərin tələblərinə razılıq versə də, bunun qarşılığında peşəkar attestasiyanın keçirilməsini irəli sürüb. Müəllimlər isə buna razı deyillər.

Bəxtiyar Abbasov

AzNews.az