- Köhnə - Video
- 25 Avqust 2017 17:41
- 8 282
Cinsi zorakılıqda ittiham olunan dini rəhbər: “Kişi özünü axtalatmaqla...” (Fotolar + Video)
Hindistanın Pançkula şəhərində quru Qarmit Ram Rahim Sinqx Ci İnsan tərəfdarlarından ikisini zorlamaqda ittiham olunur.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə hökm oxunduqdan sonra onun tərəfdarları şəhərdə zorakılıqlar törətməyə başlayıblar. Polislə qarşıdurmalar nəticəsində azı 12 nəfər öldürülüb, onlarla insan yaralanıb.
Qeyd edək ki, sözügedən qurunun Hindistanda milyonlarla tərəfdarı var. Rəsmi orqanlara kütləvi şəkildə vandalizm aktları barədə məlumatlar daxil olub. Etirazçılar qurunu ittiham edən məhkəmə binası yandırmağa cəhd göstəriblər. Lakin təhlükəsizlik qüvvələri bu hücumların qarşısını alıb. Bundan başqa, Pəncab ştatında da Ram Rahim Sinqx tərəfdarları ayağa qalxıb. Burada iki dəmiryol xətti dayanacağında yanğın törədilib. Etirazçılar qarşılarına çıxan avtomobillərin şüşələrini sındırırlar. Zorakılıqlar hazırda da davam etdiyi qeyd olunur.
Ram Rahim Sinqxə qarşı irəli sürülən ittihamlarla əlaqədar 2002-ci ildən istintaq başladılıb. O, eyni zamanda, 400-ə yaxın kişini özünü axtalatmağa vadar etməkdə ittiham olunur. Ram Rahim Sinqx, iddialar görə, bildirib ki, “kişi özünü axtalatmaqla Allaha daha yaxın olur”.



Bəxtiyar Abbasov
AzNews.az