- Köhnə - Video
- 28 Avqust 2017 15:53
- 5 544
“İŞİD” partlayış törətdi – 10 nəfər öldü (Video)
İraqın paytaxtı Bağdadda yerləşən bazar meydanında partlayış törədilib.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, avtomobilə yerləşdirilmiş partlayıcının işə düşməsi nəticəsində azı 10 nəfər ölüb, 28 nəfər yaralanıb. Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.
Partlayışdan dərhal sonra “İŞİD” terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Bəxtiyar Abbasov
AzNews.az