- Köhnə - Video
- 29 Avqust 2017 10:01
- 12 448
Şimali Koreyadan gözlənilməz təhdid - İlk dəfədir ki, bu ölkəni hədəfə aldı (Video)
Şimali Koreya hərbi qüvvələri Yaponiya sahillərinə raket atıb.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, raket Hokkaydo adası üzərindən keçərək dənizə düşüb.
Hadisə Yaponiya, Cənubi Koreya və Avstraliyada ciddi narahatlığa səbəb olub. Vəziyyətlə əlaqədar Birləşmiş MillətlərTəşkilatı Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb.
Şimali Koreya dəfələrlə təhdid xarakterli raket sınaqları həyata keçirib. Lakin, ilk dəfədir ki, məhz Yaponiya bu təhdidlərin hədəfindədir.
Yaponiyanın baş naziri Sindzo Abe rəsmi Pxenyanı məsuliyyətsiz hərəkət etməkdə ittiham edib və bildirib ki, bu cür addımlar regionda təhlükəsizliyi riskə atır.
Bəxtiyar Abbasov
AzNews.az