- Köhnə - Video
- 29 Avqust 2017 14:43
- 11 790
Köpək balıqlarının yanında qolunu kəsdi - Qan iyini 3 km-dən hiss edən balıqlar... (Video)
Köpək balıqlarının yaxınlığında üzən dalğıc vəhşi su canlılarının qana reaksiyasını yoxlamaq üçün qolunu kəsib.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, dalğıc kifayət qədər riskli addım atıb.
Belə ki, köpəkbalıqlarında iybilmə və eşitmə qabiliyyəti güclü inkişaf etdiyi üçün onlar qan iyini 3 km-dən hiss edirlər. Ən zəif səsləri duyur və səsin gəldiyi yolu təyin edə bilirlər. Hansı ki, insan su altında səsi təyin edir, lakin gəldiyi yolu təyin edə bilmir.
Dalğıcın həyata keçirdiyi sınaq zamanı köpəkbalıqları nədənsə ona toxunmayıblar.
Bəxtiyar Abbasov
AzNews.az