Amerika Birləşmiş Ştatları “Harvi” qasırğasından sonra “İrma” qasırğası təhlükəsi ilə qarşı-qarşıyadır. Amerika Birləşmiş Ştatları “Harvi” qasırğasından sonra “İrma” qasırğası təhlükəsi ilə qarşı-qarşıyadır.

Daha bir dağıdıcı qasırğa ABŞ-a yaxınlaşır – Video

Amerika Birləşmiş Ştatları “Harvi” qasırğasından sonra “İrma” qasırğası təhlükəsi ilə qarşı-qarşıyadır.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Milli Qasırğa Mərkəzi “İrma” qasırğasının 4-cü təhlükə kateqoriyasına qədər gücləndiyini bildirib.

Hazırda qasırğanın sürəti saatda 220 kilometrə çatır.

Qasırğa Karib regionunda hərəkət edir. Əsasən, Florida ştatı, Puerto Riko və Vircin adalarının qasırğadan zərər görəcəyi ehtimal olunur.

“Harvi” qasırğası nəticəsində ölənlərin sayı 60-a çatıb.

Bəxtiyar Abbasov

AzNews.az