- Köhnə - Video
- 7 Sentyabr 2017 12:35
- 7 945
Cənubi Koreyada qarşıdurmalar - Raketdən müdafiə qurğuları artırılır (Video)
Cənubi Koreyanın Soncu şəhərində “THAAD” raketdən müdafiə sisteminin gücləndirilməsi yerli əhali arasında ciddi etirazlara səbəb olub.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, yüzlərlə insan raketdən müdafiə qurğularının yerləşdiyi bölgəyə gedən yolları kəsib, hökumətə qarşı etiraz şüarları səsləndiriblər.
Vəziyyətlə əlaqədar bölgəyə çoxlu sayda təhlükəsizlik qüvvələri cəlb edilib. Polislə fəallar arasında qarşıdurmalar yaşanıb. Nəticədə azı 40 nəfərin xəsarət aldığı bildirilir. Onlardan 6-sı polisdir.
Sözügedən bölgədə Amerika Birləşmiş Ştatlarına məxsus raketdən müdafiə sistemləri quraşdırılıb. Lakin ekspertlər hesab edir ki, Şimali Koreya ilə müharibə vəziyyətində bu sistemlərin müdafiə gücü düşmənin həmlələrinə cavab verməyə kifayət etməyəcək. Ona görə hərbi rəhbərlik raketdən müdafiə qurğularını artırmaq qərarına gəlib.
Əhali bölgədə güclü şüalanmanın olacağı qorxusu ilə hökumətin bu qərarına ciddi müqavimət göstərməyə çalışır. Bundan başqa, əhali arasında Şimali Koreyanın məhz bu bögləni hədəfə alacağı narahatlığı da yaranıb.
Bəxtiyar Abbasov
AzNews.az