Hacıbala Abutalıbovun güllərini belə oğurlayırlar - VİDEO

Mayın 10-daan başlayan və bu günə kimi davam edən "Gül bayramı"na xüsusi polis nəzarəti həyata keçirilsə də, bayram ərəfəsində və bayramdan sonra Heydər Əliyev sarayının qarşısındakı parkdan oğurluqlar olub.

Əslində elə mayın 10-da mətbuatda belə xoşagəlməz hadisələrin yaşanmasıyla bağlı məlumatlar yayılmışdı. Ehtimal olunurdu ki, gül oğruları əraziyə nəzarət edən polis əməkdaşları ilə əlbir olduğuna görə onların bu əməlinə göz yumulub.

Dünən isə AzNews.az-ın əməkdaşı bir neçə nəfərin gül bayramı üçün gətirilmiş gülləri oğurladığını görüntüləyib. Həmin şəxslər gülü oğurlayandan sonra Füzuli küçəsindən "Kubinka" istiqamətinə qaçıblar. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə AzNews.az-a açıqlamasında bildirib ki, nazirliyin mətbuat xidmətində belə bir məlumat yoxdur. Qeyd edək ki, Gül bayramında 6 milyondan artıq güldən istifadə edilmişdi.

Xəbəri sayta yerləşdirilərkən məlumat aldıq ki, gecə saatlarından əhaliyə gülləri daşımaq icazəsi verilib. Bununla da "Qış Bulvarı"na gülləri oğurlamaq üçün saysız hesabsız insanlar axışıb.
Hətta bu dəqiqələrdə gülləri daşıyanların Füzuli küçəsində tıxaca səbəb olduğu da bildirilir.


AzNews.az