- Qərb
- 2 Noyabr 2018 19:22
- 1 778
“Qərarımızı noyabrın 5-də açıqlayacağıq” - Pompeo

İran neftinə dair sanksiyalar bazar ertəsi elan ediləcək.
Bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib.
Onun sözlərinə görə, 8 ölkəyə İrana qarşı tətbiq olunacaq sanksiyalardan güzəştə gediləcək. İranın neft ixracı 1 milyon barrel azalacağını gözləyirik.
ABŞ-ın maliyyə naziri Stiven Mnuçin isə deyib ki, İrana qarşı sanksiyalar bazar günü gecə saat 23:59-dan qüvvədə olacaq.
Xatırladaq ki, ABŞ noyabrın 4-dən etibarən İranın milli neft-qaz şirkətlərinə beynəlxalq məhdudiyyətlər qoyacaq, neft və qaz satışına sanksiyalar tətbiq edəcək.(AZƏRTAC)
AzNews.az