Konsert Cümhuriyyətimizin 100 illik yubileyi və Qara Qarayevin yaradıcılığına həsr olunacaq Konsert Cümhuriyyətimizin 100 illik yubileyi və Qara Qarayevin yaradıcılığına həsr olunacaq
  • Qərb
  • 5 Noyabr 2018 16:21
  •  1 494

Nyu-Yorkda “Azərbaycan Multikulturalizmi” adlı konsert keçiriləcək

Konsert Cümhuriyyətimizin 100 illik yubileyi və Qara Qarayevin yaradıcılığına həsr olunacaq

Noyabr ayının 18-də ABŞ-ın Nyu-York şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Milli Musiqi və Qlobal Mədəniyyət” Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və Qara Qarayevin yaradıcılığına həsr olunmuş “Azərbaycan Multikulturalizmi” adlı konsert keçiriləcək.

AzNews.az xəbər verir ki, Nyu-York şəhərində yerləşən Linkoln mərkəzinin “Bruno Walter” Auditoriyasında baş tutacaq konsertdə görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirov, Qara Qarayev, Faiq Sücəddinov, Tofiq Quliyevin və Franz Vaksman, Frederik Şopen, Ernesto Lecuona, Corc Qerşvin, Ruperto Çapi kimi bəstəkarların musiqiləri səsləndiriləcək.

Konsertdə “Milli Musiqi və Qlobal Mədəniyyət” Cəmiyyətinin təsisçisi və prezidenti, Bakı Musiqi Akademiyasının professoru, Əməkdar artist Nərgiz Əliyarova, Elvin Qəniyev, Zoya Qramaqin, Cefri Verbok milli və digər musiqi alətlərində ifa edəcəklər.

Dahi bəsətəkar Qara Qarayevə həsr edilmiş daha bir konsert isə noyabırın 25-də “Tribeca Performing Arts Centre”də baş tutacaq. Konsert Bakı-Bruklin Dostluq Assosiasiyasının və AZZEM beynəlxalq fondunun dəstəyi ilə keçirilir.


Qeyd edək ki, Azərbaycanın böyük bəstəkarı və pedaqoq Qara Qarayevin bu il 100 illik yubileyidir. Bu münasibətlə dünyanın bir çox ölkələrində dahi bəstəkara həsr olunmuş, konsert, xatirə gecəsi və müxtəlif tədbirlər keçirilir.

AzNews.az