1881-ci il mart ayının 13-də ona qarşı edilən sui-qəsddə hər iki geyim imperatorun əynində olub 1881-ci il mart ayının 13-də ona qarşı edilən sui-qəsddə hər iki geyim imperatorun əynində olub
  • Qərb
  • 10 Noyabr 2018 09:35
  •  1 589

İmperator II Aleksandrın qanlı köynəyini Rusiya səfirinə verdilər

1881-ci il mart ayının 13-də ona qarşı edilən sui-qəsddə hər iki geyim imperatorun əynində olub

Fransanın paytaxtı Paris şəhərində "Franko-Rusiya alyansı" assosiasiyasının təşkil etdiyi qala axşamında imperator II Aleksandrın bir neçə yadigarı Rusiya tərəfinə verilib.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov yayıb.

Köynək və jiletin üzərində qan izlərinin qaldığı deyilir.

1881-ci il mart ayının 13-də həyata keçirilən sui-qəsddə hər iki geyim imperatorun əynində olub.

Assosiasiyanın prezidenti Aleksandr Trubetskoy bildirib ki, imperatorun qətlindən sonra Fransada yaşayan 2-ci Aleksandrın həyat yoldaşı Yekaterina Dolqorukova həmin əşyaları Nitse şəhərində yerləşən Müqəddəs Nikolayevsk kilsəsinə verib.

Bir neçə il sonra köynəklə jilet oğurlanıb. Tapılan yadigarlar bu gün səfirə təqdim edilib.

Babək Göyüş

AzNews.az