“Əgər cəmiyyətimizi qorumaq istəyiriksə...” “Əgər cəmiyyətimizi qorumaq istəyiriksə...”
  • Qərb
  • 14 Noyabr 2018 17:53
  •  1 407

Merkel Makronu dəstəklədi: “Avropa ordusu” yaradılır

“Əgər cəmiyyətimizi qorumaq istəyiriksə...”

Almaniyanın baş naziri Merkel, ABŞ prezidenti Trampla Fransa prezidenti Makron arasında mübahisəyə səbəb olan “Avropa ordusu” mövzusunda Makronu dəstəkləyib.

AzNews.az Türkiyə mediasına istinadən məlumat verir ki, Merkel, “həqiqi Avropa ordusu” yaradılması ilə bağlı çağırış edib.

Merkel, yaranacaq ordunun NATO-ya qarşı deyil, NATO daxilindəki transatlantik iş birliyinə paralel bir güc strukturu ola biləcəyini ifadə edib:

“Sadəcə, daha güclü bir Avropa, Avropanı müdafiə edə bilər. Əgər cəmiyyətimizi qorumaq istəyiriksə, Avropa öz taleyini öz əlinə almalıdır”.

Merkel həmçinin Avropa Təhlükəsizlik Şurası yaradılmasını da təklif edib. O, bu şura vasitəsilə vacib mövzularda daha tez qərar verə biləcəklərini deyib. Bu açıqlamaları ilə o, Trampla Makron arasındakı mübahisədə Makronun tərəfini tutub.

Qeyd edək ki, Makron keçən həftə verdiyi açıqlamalarda Avropanın özünü müdafiə etməsi üçün “Avropa ordusu”na ehtiyacı olduğunu deyib. ABŞ prezidenti isə "tvitter" səhifəsində Çin və Rusiyanın yanında ABŞ-ın da təhdid kimi nəzərdə tutulmasını “alçaldıcı” adlandırıb. Tramp, Avropanın NATO-ya daha çox maliyyə dəstəyi verməli olduğunu da bildirib.

Pərvanə AĞAZADƏ
AzNews.az