İnsanlara evlərindən çıxmamaq tövsiyə edilib. İnsanlara evlərindən çıxmamaq tövsiyə edilib.
  • Qərb
  • 16 Noyabr 2018 14:15
  •  1 155

Kaliforniyada məktəblər bağlandı

İnsanlara evlərindən çıxmamaq tövsiyə edilib.

Meşə yanğınları nəticəsində yaranan tüstü Kaliforniyanın şimalında yerləşən San-Fransisko, Oklend və digər şəhərlərdəki məktəblərdə məşğələlərin ləğv edilməsinə səbəb olub.

San-Fransisko, San-Xose və Santa-Klara şəhərlərində yerləşən universitetlərin rəhbərliyi də analoji qərar qəbul edib. Bu ali təhsil müəssisləri noyabrın 19-dək bağlı qalacaq.

Həmçinin küləyin bu şəhərlərə gətirdiyi tüstü səbəbindən insanlara evlərindən çıxmamaq, qapı və pəncərələri bağlı saxlamaq tövsiyə edilib.

Son məlumata əsasən, Kaliforniyada tüğyan edən “Kemp” meşə yanğınlar nəticəsində azı 60 nəfər həlak olub. Yanğının əhatə etdiyi sahə 56 min hektara çatıb, 8,7 mindən çox ev və tikili külə dönüb. Təbii fəlakətlə mübarizəyə 5,6 min yanğınsöndürən, 620 ədəd xüsusi texnika, 24 helikopter, 105 buldozer və su daşımaq üçün 75 avtosistern cəlb olunub.(AZƏRTAC)

© AzNews.az