Bu barədə danimarkalı nazir bildirib. Bu barədə danimarkalı nazir bildirib.
  • Qərb
  • 20 Noyabr 2018 13:39
  •  907

Daha bir ölkədən sanksiya tələbi

Bu barədə danimarkalı nazir bildirib.

Danimarka torpaqlarında sui-qəsdə cəhd edən iranlı kəşfiyyat əməkdaşlarına Avropa Birliyində sanksiya tətbiq edilməsi ilə bağlı danışıqlar aparılır.

Bu barədə Danimarkanın Xarici İşlər naziri Anders Samuelsen bildirib.

Samuelsen Avropa ölkələrinin Danimarkanı bu məsələdə tam dəstəklədiyini də qeyd edib.

Avropa Birliyinin Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini isə Danimarkada baş verənlərin İranın nüvə sazişi ilə əlaqələndirilməsinin düzgün olmadığını vurğulayıb.(axar.az)

© AzNews.az