- Qərb
- 27 Noyabr 2018 09:40
- 1 518
ABŞ-da sürücü avtomobili piyadaların üstünə sürdü - 1 ölü, 6 yaralı var
Polis hazırda insidentin səbəblərini araşdırır.
ABŞ-ın Nyu-York şəhərində sürücü idarə etdiyi avtomobili piyadaların üstünə sürüb. Nəticədə 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, hadisə şəhərin Manhetten rayonunda baş verib.
NBC telekanalının yaydığı məlumata görə olay dünən Çaynataun kvartalında qeydə alınıb.
Polis hazırda insidentin səbəblərini araşdırır. Sürücü və xəsarət alanlar haqda bilgi verilmir.
Babək Göyüş
© AzNews.az