Yelisey sarayının Mətbuat xidmətinin rəhbəri istefaya gedir Yelisey sarayının Mətbuat xidmətinin rəhbəri istefaya gedir
  • Qərb
  • 3 Yanvar 2019 16:07
  •  1 583

Yelisey sarayının sözçüsü istefaya gedir

Yelisey sarayının Mətbuat xidmətinin rəhbəri istefaya gedir

Yelisey sarayının Mətbuat xidmətinin və Fransa Prezidenti Emmanuel Makronun İctimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Silven For tutduğu vəzifələrdən gedir.

Bu barədə TASS xəbər verir.

S.For "Le Parisien" qəzetinə açıqlamasında qərarını təsdiqləyib. Qəzetin vurğuladığına görə, onun Emmanuel Makron və əvvəllər dostu hesab edilən köməkçisi ilə münasibətlərinin pisləşməsi vəzifədən getməyə səbəb ola biləcək ehtimaldır.

Gedişiylə bağlı qərarını şərh edən S.For bundan sonra özünü ailəsinə həsr edəcəyini və istefasının yanvar ayının sonunda reallaşacağını bildirib.

For qeyd edib ki, Prezidentə tamamilə sadiq qalacaq və gedişi xüsusi əlaqələrinə təsir etməyəcək.(report.az)

© AzNews.az