Fransa prezidenti Emmanuel Makron ölkədə keçirilən "Sarı jiletlilər" hərəkatının etiraz aksiyaları zamanı zorakılıq hallarını pisləyib və tərəfləri dialoqa çağırıb. Fransa prezidenti Emmanuel Makron ölkədə keçirilən "Sarı jiletlilər" hərəkatının etiraz aksiyaları zamanı zorakılıq hallarını pisləyib və tərəfləri dialoqa çağırıb.
  • Qərb
  • 6 Yanvar 2019 10:11
  •  1 721

“Sonda ədalət qalib gələcək” - Makron

Fransa prezidenti Emmanuel Makron ölkədə keçirilən "Sarı jiletlilər" hərəkatının etiraz aksiyaları zamanı zorakılıq hallarını pisləyib və tərəfləri dialoqa çağırıb.

O bu barədə "Twitter"də yazıb.

"Yenə respublikaya — onun keşikçisinə, nümayəndələrinə və rəmzlərinə qarşı son dərəcə amansızlıq üz verib. Bunu edənlər mülki müqaviləmizin mahiyyətini unudurlar. Sonda ədalət qalib gələcək", - deyə Fransa lideri bildirib.

Onun sözlərinə görə, etiraz tədbirlərinin hər bir iştirakçısı dialoqa başlamaq üçün özünü ələ almalıdır.(report.az)

AzNews.az