Macarıstanda avtomobillərə tələbat artır. Macarıstanda avtomobillərə tələbat artır.
  • Qərb
  • 7 Yanvar 2019 11:50
  •  2 176

Macarların əksəriyyəti niyə köhnə maşın alır?

Macarıstanda avtomobillərə tələbat artır.

Eyni zamanda, adamların əksəriyyəti köhnə avtomobil axtarır. Ucuz avtomobillər kateqoriyasında "Suzuki Swift” və “Ford Focus” kimi modellər daha populyardır.

2018-ci ilin ilk üç rübü ərzində 104.617 yeni avtomobil satılıb. Bu, əvvəlki ilin müvafiq göstəriciləri ilə müqayisədə 26,5 faiz çoxdur.

Köhnə avtomobillərin idxalı 4 faiz artıb. Sentyabrın sonuna qədər 573.722 köhnə avtomobil yeni sahibini tapıb.

Bu, 2017-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 13,7 faiz çoxdur. Beləliklə, ölkədə ən iri avtomobil bazarı işlədilmiş avtomobillər bazarıdır.(AZƏRTAC)

© AzNews.az