Onların bir neçəsi ABŞ-a gələn zaman Trampın həmfikirləri ilə ünsiyyətdə olub. Onların bir neçəsi ABŞ-a gələn zaman Trampın həmfikirləri ilə ünsiyyətdə olub.
  • Qərb
  • 11 Yanvar 2019 08:59
  •  2 224

Trampın inauqurasiyasında iştirak edən ukraynalılar yoxlanılır - The New York Times

Onların bir neçəsi ABŞ-a gələn zaman Trampın həmfikirləri ilə ünsiyyətdə olub.

ABŞ rəhbərliyi 2017-ci il yanvarın 20-də prezident Donald Trampın inauqurasiyasına gələn ukraynalıların yoxlanılmasına başlayıb. Bu haqda informasiyanı The New York Times qəzeti yayıb.

AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, həmin andiçmə mərasimində onlarla ukraynalı siyasətçi və iş adamı iştirak edib.

Mənbə bildirir ki, onların bir neçəsi ABŞ-a gələn zaman Respublikaçılar partiyasının və Konqresin üzvləri ilə görüşüb, Trampın həmfikirləri ilə ünsiyyətdə olub.

İddiaya görə, ukraynalı qonaqların bəziləri Moskvanın mövqeyindən çıxış ediblər və Rusiyaya qarşı tətbiq edilən sanksiyaların aradan götürülməsi üçün vasitəçilik etməyə razılaşıblar.

Bu informasiyalar ABŞ-ın xüsusi prokuroru Robert Müllerin tabelində olan müstəntiqlər tərəfindən yoxlanılır. Aparılan istintaq Rusiyanın ABŞ-da keçirilən seçkilərə müdaxilə edilməsi haqda başladılan istintaqın tərkib hissələrindən biridir.

New York Times belə iddia ilə çıxış edib.

Babək Göyüş

© AzNews.az