Donald Trampın keçmiş vəkili Maykl Koen bildirib ki, gələn ay ABŞ Konqresində ifadə verəcək. Donald Trampın keçmiş vəkili Maykl Koen bildirib ki, gələn ay ABŞ Konqresində ifadə verəcək.
  • Qərb
  • 11 Yanvar 2019 11:04
  •  1 486

Trampın keçmiş vəkili Konqresdə ifadə verəcək

Donald Trampın keçmiş vəkili Maykl Koen bildirib ki, gələn ay ABŞ Konqresində ifadə verəcək.

Koenin sözlərinə görə, o, könüllü surətdə ifadə verməyə razılaşıb və açıq dinləmələrdə ABŞ Konqresini maraqlandıran hadisələr barədə bütün həqiqəti söyləyəcək.

Məlum olduğu kimi, Koen 10 il indiki Prezidentin yaxın tərəfdarlarından biri olub və Trampın şəxsi vəkili kimi uzun müddət onun mənafelərini təmsil edib. 2018-ci ilin sonunda bu hüquqşünas ABŞ-ın indiki Prezidenti ilə intim əlaqədə olduqlarını bildirən qadınların bu barədə susması müqabilində onlara pul verilməsi işində ABŞ Konqresinə yalan ifadələr verməkdə ittiham üzrə 3 il həbs cəzasına məhkum edilib. O vaxt Koen israrla deyirdi ki, guya həmin qadınlara şəxsi motivlər əsasında pul ödəyib və Donald Trampın bu məsələyə heç bir aidiyyəti olmayıb. Lakin sonradan Koen etiraf edib ki, qadınlara pul ödəməyi Ağ evin rəhbəri ondan şəxsən xahiş edib. Koen məhkəmə araşdırmasının son günlərinə qədər ümid edirdi ki, hətta o həbs olunsa da Prezident onun əfv edilməsi barədə sərəncam imzalayacaq. Lakin belə olmadı və Koen qanunvericiləri maraqlandıran bütün informasiyanı təqdim etməyi qərara aldı. Donald Tramp isə, öz növbəsində, keçmiş vəkilini açıq tənqid etməyə başlayıb.

Qarşıdakı dinləmələr Konqresin Nümayəndələr Palatasında çoxluq təşkil edən demokratlar tərəfindən Donald Trampa təzyiqin artırılması istiqamətində ilk böyük addım olacaq. Bildirilir ki, Maykl Koen ABŞ Nümayəndələr Palatasının nəzarət və hökumət islahatı komitəsi qarşısında ifadə verəcək.(AZƏRTAC)

© AzNews.az