Maraqlıdır ki, axşama nə qədər yemək qalacaq. Maraqlıdır ki, axşama nə qədər yemək qalacaq.
  • Qərb
  • 15 Yanvar 2019 10:07
  •  1 887

Tramp futbolçulara hamburger yedizdirdi

Maraqlıdır ki, axşama nə qədər yemək qalacaq.

ABŞ prezidenti Donald Tramp "Clemson Tigers" futbol klubuna öz hesabına təmtəraqlı qonaqlıq təşkil edib.

AzNews.az xəbər verir ki, CNN telekanalı Ağ evdən canlı yayım edib.

“Çox gözəl Amerika yeməyidir. Maraqlıdır ki, axşama nə qədər yemək qalacaq. Burda bizim pizzamız, 300 hamburger, çoxlu fri kartofu - bütün bizim sevimli yeməyimiz var”. Tramp belə deyib.

Ağ evin mətbuat katibi Sara Sanders bildirib ki, “Shutdown”a görə, Trampın iqamətgahının bir çox əməkdaşı ödənilməmiş məzuniyyətdədir. Bu səbəbdən prezident fastfudun Ağ evə çatdırılması üçün şəxsən ödəniş edib.

Fəridə Abdulla

AzNews.az