Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın dəyəri 1 milyon funt sterlinqdən ( təxminən 2 milyon manat) baha olan brilliant üzüyü İngiltərə polisi tərəfindən müsadirə edilib. Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın dəyəri 1 milyon funt sterlinqdən ( təxminən 2 milyon manat) baha olan brilliant üzüyü İngiltərə polisi tərəfindən müsadirə edilib.
  • Qərb
  • 15 Yanvar 2019 10:37
  •  1 511

Zamirə Hacıyevanın 2 milyonluq üzüyü müsadirə olundu

Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın dəyəri 1 milyon funt sterlinqdən ( təxminən 2 milyon manat) baha olan brilliant üzüyü İngiltərə polisi tərəfindən müsadirə edilib.

“İndependent” xəbər verir ki, “Cartier” zərgərlik brendinə məxsus üzük Milli Cinayət Agentliyinin əməkdaşları tərəfindən altı ay müddətinə müsadirə olunub. Onlar üzüyün hansı vəsait hesabına alındığını, maliyyə mənbəyini araşdıracaqlar.

Qeyd edək ki, son 10 ildə Londonun məşhur univermağı “Harrods”da 35.85 milyon manat xərclədiyi üçün mühakimə edilən 55 yaşlı Zamirə Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində ötən ilin noyabrın 6-da London polisi tərəfindən həbs olunub.

Noyabrın 8-də isə London Ali Məhkəməsinin qərarı ilə 500 min funt sterlinq (təxminən 1,2 milyon manat) girov qarşılığında zaminə buraxılıb.(qafqazinfo.az)

© AzNews.az