Almaniya kansleri Angela Merkel Britaniyanın Baş naziri Tereza Meyə "Brexit" məsələsi ilə bağlı hər hansı əlavə güzəştə gedə biləcəklərini bildirməyib. Almaniya kansleri Angela Merkel Britaniyanın Baş naziri Tereza Meyə "Brexit" məsələsi ilə bağlı hər hansı əlavə güzəştə gedə biləcəklərini bildirməyib.
  • Qərb
  • 15 Yanvar 2019 15:46
  •  1 610

Merkel “Brexit” məsələsində güzəştə getmədi

Almaniya kansleri Angela Merkel Britaniyanın Baş naziri Tereza Meyə "Brexit" məsələsi ilə bağlı hər hansı əlavə güzəştə gedə biləcəklərini bildirməyib.

Bu barədə “Reuters” xəbər verir.

“Almaniya kansleri dekabr ayında Avropa Şurası tərəfindən müzakirə edilən, habelə Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerin, Avropa Şurasının prezidenti Donald Tuskun məktublarında göstərilənlərdən savayı, hər hansı zəmanət verməyib”, - Almaniya hökumətinin nümayəndəsi qeyd edib.

Xatırladaq ki, bu gün Böyük Britaniya Parlamentində Avropa İttifaqı üzvlüyündən martın 29-da çəkilməsi sazişilə bağlı son səsvermə keçiriləcək. Baş nazir Tereza Mey tərəfindən ilyarım ərzində razılaşdırılan, ikinci dəfə müzakirəyə çıxartmaları üçün deputatları razı saldığı bu sazişin aqibəti həll olunacaq. Hərçənd “Daily Telegraph”a görə, təklif olunan saziş həm müxalifət, həm də Mühafizəkar Partiyası üzvlərinin üçdə birinə qədəri tərəfindən rədd edilir.(report.az)

© AzNews.az