Siyasətçi xanım bu barədə rəsmi bəyanatla çıxış edib. Siyasətçi xanım bu barədə rəsmi bəyanatla çıxış edib.
  • Qərb
  • 16 Yanvar 2019 12:04
  •  6 217

ABŞ-ın növbəti prezidenti qadın ola bilər

Siyasətçi xanım bu barədə rəsmi bəyanatla çıxış edib.

ABŞ-da 2020-ci ildə keçiriləcək prezident seçkilərinə daha bir qadın namizədliyini irəli sürməyi planlaşdırır.

AzNews.az xəbər verir ki, Nyu-York ştatından olan senator-demokrat Kirsten Cillibrand növbəti prezident seçkilərində iştirak edəcəyini elan edib.

Siyasətçi xanım bu barədə rəsmi bəyanatla çıxış edib.

Daha əvvəl Havay ştatından olan ABŞ-ın Nümayəndələr Palatasının üzvü demokrat Tulsi Qabbard da növbəti seçkilərdə iştirak edəcəyini bildirmişdi. 37 yaşlı xanım siyasətçi İraqda ABŞ-ın Silahlı Qüvvələrinin sıralarında xidmət edib.

Konqresmen 2017-ci ildə Suriyaya səfər edib, prezident Bəşər Əsədlə görüşüb.

ABŞ-da növbəti prezident seçkiləri 2020-ci il noyabrın 3-də keçiriləcək. Demokratlar partiyası 2020-ci ilin 13–16 iyulunda, Respublikaçılar 24–27 avqust tarixlərində öz namizədini müəyyənləşdirəcək.

Fəridə Abdulla

AzNews.az