"Budəfəki mühiti dinc kimi xarakterizə etmək olar". "Budəfəki mühiti dinc kimi xarakterizə etmək olar".
  • Qərb
  • 19 Yanvar 2019 18:40
  •  1 663

Parisdə etiraz aksiyası zamanı 12 nəfər saxlanıldı

"Budəfəki mühiti dinc kimi xarakterizə etmək olar".

Fransanın paytaxtı Parisdə "sarı jiletlilər"in onuncu etiraz aksiyası dalğası zamanı azı 12 nəfər saxlanılıb.

Onların saxlanılmasına üzərilərində potensial olaraq silah kimi istifadə edilə bilən qadağan olunmuş əşyaların aşkar edilməsi səbəb olub.

Eyni zamanda, bəzi nümayişçilərin fişəng və tüstü şaşkası yandırmasına baxmayaraq, qanun keşikçiləri bildiriblər ki, budəfəki mühiti dinc kimi xarakterizə etmək olar.

Daha əvvəl Fransada "sarı jiletlilər"in aksiyası zamanı 24 nəfər xəsarət alıb. (report)

AzNews.az