• Qərb
  • 25 Yanvar 2019 14:38
  •  584

Ayaqqabıya görə hava limanı boşaldıldı

Tuflinin yaratdığı ajiotaja görə bir neçə hava reysi gecikib.

Parisin Orli hava limanının bir neçə zalı sərnişinlərdən birinin çantasında olan şübhəli obyektlə əlaqədar boşaldılıb.

Bu barədə “Parisien” məlumat yayıb.

Həyəcana səbəb “Royal Air Maroc” aviaşirkətinin təyyarəsi ilə Kasablankaya uçan qadının yükü olub.

Müvafiq təhlükəsizlik tədbirlərindən sonra hadisə yerinə istehkam bölüyü çağırılıb. Onlar çantada olan şübhəli obyektə baxış keçirən zaman həmin obyektin bir cüt işıq saçan avanqard tufli olduğunu öyrənib.

Dəbli ayaqqabının moda dərgisində çalışan jurnalistə aid olduğu məlum olub.

Tuflinin yaratdığı ajiotaja görə bir neçə hava reysi gecikib.(oxu.az)

© AzNews.az