"“Kim daha çox axmaqdır” deyə yarışmaq istəmirik". "“Kim daha çox axmaqdır” deyə yarışmaq istəmirik".
  • Qərb
  • 28 Yanvar 2019 08:42
  •  1 509

İtaliya tarixinə yaraşan liderlərə layiqdir - Makron

"“Kim daha çox axmaqdır” deyə yarışmaq istəmirik".

Fransa prezidenti Emmanuel Makron İtaliya ilə yaşanan gərginliklə bağlı danışıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Makron Misirin paytaxtı Qahirəyə rəsmi səfəri zamanı jurnalistlərə İtaliyanın baş nazirinin köməkçisi Luigi Di Maio və daxili işlər naziri Matteo Salvinin dedikləri ilə bağlı açıqlama verib.

O, Di Maio və Salvinin sözlərinin heç bir mənasının olmadığını bildirib:

“İtalyanlar bizim dostumuzdur. Onlar tarixlərinə yaraşan liderlərə layiqdir. Onlara istədikləri cavabı vermərəm. Bunu etməyəcəyəm. Sizə uğurlar, yaxşı təşviqat, yaxşı yol. Mən İtaliya prezidenti Giuseppe Konteni ciddiyə alıram”.

Xatırladaq ki, Luigi Di Maio “Bu gün Afrikada yaşayanlar bu qitədən gedirsə, bunun səbəbi başda Fransa olmaqla bəzi Avropa ölkələridir, çünki onlar Afrikanı istismar edirlər” deyib.

Matteo Salvinin sarı jiletlilərə dəstək verən ifadələrinə Fransa hökuməti sərt reaksiya verib.

Fransanın Avropa Birliyi naziri Nathalie Loiseau Di Maio və Salvinin açıqlamaları ilə bağlı “Mənasız açıqlamalardır. “Kim daha çox axmaqdır” deyə yarışmaq istəmirik. İtaliya ilə görüləcək çox işimiz var və bunları davam etmək istəyirik” deyib.

Pərvanə Ağazadə

AzNews.az