Trampın qolf klubunda çalışan 12 qeyri-qanuni miqrant işdən azad edilib Trampın qolf klubunda çalışan 12 qeyri-qanuni miqrant işdən azad edilib
  • Qərb
  • 28 Yanvar 2019 11:17
  •  1 536

Trampın qolf klubunda çalışan miqrantlar işdən qovuldu

Trampın qolf klubunda çalışan 12 qeyri-qanuni miqrant işdən azad edilib

Donald Trampın qolf klubunda saxta sənədlərlə çalışan 12 əməkdaş işdən azad edilib.

Klubun rəhbərləri bildiriblər ki, onların işdən çıxarılma səbəbi mühacirət sənədlərinin etibarsız olmasıdır.

Qeyri-qanuni miqrantların vəkili Anibal Romeronun bu məsələ ilə bağlı müraciətində klub müdiriyyətinin sözlərinin cəfəngiyyat olduğu, bu insanların təşkilatda 12-14 il işlədikləri və əməkdaşların mühacirət statusundan rəhbərliyin xəbərdar olması bildirilir. Vəkil ABŞ Prezidenti Donald Trampın qolf klubunda çalışan qeyri-leqal miqrantlardan birində hətta Trampın oğlu Erikin yataq otağının açarının olmasını da qeyd edib. Həmçinin vurğulanır ki, işdən azad edilənlərin bir çoxu illərdir Trampla çalışıblar və işlərinin müqabilində mükafatlar alıblar.(AZƏRTAC)

© AzNews.az