- Qərb
- 10 Mart 2019 11:31
- 2 394
Tramp ABŞ qoşunlarının yerləşməsi haqqını artırır

Bu barədə The Washington Post qəzeti yazır.
ABŞ prezidenti Donald Tramp qoşunların tərəfdaş ölkələrinin ərazisində yerləşməsi üçün ödənilən məbləği beş dəfə artırmaq niyyətindədir.
Bu barədə The Washington Post qəzeti yazır.
Bildirilir ki, Trampın “məbləğ+50%” formuluna əsasən, öz ərazilərində ABŞ qoşunlarını yerləşdirən ölkələr tam məbləği və üstəlik bu məbləğin 50 faizini ödəyəcək. Bununla da Tramp tərəfdaş ölkələrlə maliyyə məsələsini həll etmək istəyir.
O hesab edir ki, həmin ölkələr hərbi xərclər üçün yetərincə maliyyə ayırmırlar.
Qeyd olunur ki, bu formul Almaniya, Yaponiya və Cənubi Koreyaya aiddir. Artıq bu ölkələrdən biri ilə bu məsələ müzakirə olunub.(oxu.az)
AzNews.az