Ağ Evin sahibi sanki öz çıxardığı kitabı imzalayırmış kimi davranıb. Ağ Evin sahibi sanki öz çıxardığı kitabı imzalayırmış kimi davranıb.
  • Qərb
  • 13 Mart 2019 17:24
  •  2 388

Trampın imzası din adamlarını çaş-baş saldı

Ağ Evin sahibi sanki öz çıxardığı kitabı imzalayırmış kimi davranıb.

ABŞ prezidenti Donald Tramp qasırğa baş verən Alabama ştatına səfəri zamanı ona verilən İncili imzalayıb.

AzNews.az xəbər verir ki, Trampım imzası sosial mediada marağa səbəb olub.

Sosial media istifadəçiləri Trampın sanki öz çıxardığı kitabı imzalayırmış kimi davrandığını deyib.

Din adamlarına Trampın etdikləri haqqında sual verilərkən bunun həm doğru, həm də yalnış olduğunu deyiblər.

Ağ Evin sahibinin kamera qarşısında siyasi bir "oyun oynadığını" şərh edənlər də tapılıb.

Pərvanə Ağazadə

AzNews.az