"Əməkdaşlıq üçün yeni yollar axtarırıq". "Əməkdaşlıq üçün yeni yollar axtarırıq".
  • Qərb
  • 5 Aprel 2019 22:20
  •  1 719

ABŞ səfiri: Azərbaycan NATO-nun vacib və etibarlı tərəfdaşıdır

"Əməkdaşlıq üçün yeni yollar axtarırıq".

Azərbaycan NATO-nun vacib və etibarlı tərəfdaşıdır.

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberqer NATO-nun yaradılmasının 70 illiyi münasibətilə videomüraciətində deyib.

E. Litzenberqer bildirib: "Azərbaycan NATO-nun vacib və etibarlı tərəfdaşıdır. Bu, Azərbaycanın Əfqanıstanda təhlükəsizliyin təmin edilməsi üçün qoşun və marşrutların verilməsinə sadiqliyində, həmçinin qlobal terrorçuluq və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə verdiyi dəyərli töhfədə əks olunur. Biz burada, ABŞ-ın Bakıdakı səfirliyində, bütün dünyada sülhün və sabitliyin qorunub saxlanması və inkişafı üçün ölkələrimizin NATO çərçivəsində tərəfdaş kimi əməkdaşlığı üçün yeni yollar axtarırıq".

AzNews.az