Hökumət üzvləri vacib müzakirələr aparır. Hökumət üzvləri vacib müzakirələr aparır.
  • Qərb
  • 16 Aprel 2019 14:03
  •  2 326

Fransa hökuməti fövqəladə toplantı keçirir

Hökumət üzvləri vacib müzakirələr aparır.

Fransa Nazirlər Kabineti "Notr-Dam-de-Pari" kilsəsində baş verən yanğınla bağlı fövqəladə toplantı keçirir.

Hökumət üzvləri yanğının fəsadlarının aradan qaldırılması və kilsənin yenidən bərpası planı ilə bağlı müzakirələr aparır.

Xatırladaq ki, dünən "Notr-Dam-de-Pari" kilsəsində yanğın baş verib və kilsə üzərindəki uzun qüllənin bir hissəsi aşıb, həmçinin məbədin saatı yanaraq məhv olub. Fransa Daxili İşlər Nazirliyi yanğından sonra kilsənin bərpasının çətin olacağını açıqlayıb. Öz növbəsində Fransa Prezidenti Emmanuel Makron kilsənin bərpa edilərək yenidən əvvəlki vəziyyətə qaytaracaqlarına söz verib.

Qeyd edək ki, 10 saatdan çox davam edən yanğını gecə yarısından sonra söndürmək mümkün olub. İlkin məlumatlara görə, yanğına kilsənin yuxarı səviyyələrində aparılan təmir işləri səbəb olub.(report.az)

AzNews.az