Məlumatdan sonra əməkdaşlar binadan çıxarılıb Məlumatdan sonra əməkdaşlar binadan çıxarılıb
  • Qərb
  • 16 Aprel 2019 16:15
  •  1 671

Madriddə bomba həyəcanı...

Məlumatdan sonra əməkdaşlar binadan çıxarılıb

İspaniyanın paytaxtı Madriddə bir sıra səfirliklərin yerləşdiyi göydələn təxliyyə edilib.

Buna səbəb binada partlayıcı qurğunun yerləşdirilməsi barədə anonim zəng olub.

Qeyd olunur ki, məlumatdan sonra təhlükəsizlik protokolu işə salınıb, əməkdaşlar binadan çıxarılıb.

235 metrlik göydələndə Böyük Britaniya, Kanada, Avstraliya və Niderland səfirlikləri yerləşir.(trend.az)

AzNews.az