Problemi turizm fəslindən əvvəl həll etmək üçün təcili təmir işlər başlayıb Problemi turizm fəslindən əvvəl həll etmək üçün təcili təmir işlər başlayıb
  • Qərb
  • 18 Aprel 2019 15:36
  •  1 387

Güclü dalğalar Santorini limanını dağıtdı

Problemi turizm fəslindən əvvəl həll etmək üçün təcili təmir işlər başlayıb

Yunanıstanın Santorini adasının limanının bir hissəsi güclü külək və hündür dalğalar səbəbindən dağılıb.

Fırtına səbəbindən limanın quruda olan hissəsinə ağırlıq düşüb və limanın bir hissəsi su altına gedib.

Problemi turizm fəslindən əvvəl həll etmək üçün təcili təmir işlər başlayıb.

Təmir işlərinə infrastruktur və nəqliyyat nazirliyi tərəfindən nəzarət edilir.

Qeyd edək ki, kəskin hava şəraiti Yunanıstanın bir çox bölgələrində fəsadlar yaradıb.(AZƏRTAC)

AzNews.az