"Məqsəd Tehranın gəlir mənbəyini kəsməkdir" "Məqsəd Tehranın gəlir mənbəyini kəsməkdir"
  • Qərb
  • 22 Aprel 2019 18:18
  •  2 693

ABŞ İrandan neft alan 8 ölkəyə müvəqqəti güzəşti ləğv edir

"Məqsəd Tehranın gəlir mənbəyini kəsməkdir"

ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalarla bağlı müzakirələrdə irələyiş baş verib.

AzNews.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun, "İrana tətbiq olunan sanksiyalardan bir müddət daha azad edilməyi gözləyirik" açıqlamasının ardınca Ağ Evdən yeni bir açıqlama verilib.

Belə ki, ABŞ prezidenti Donald Tramp mayın 2-də ayında bitəcək müddətin uzadılmayacağını bildirib.

Ağ Ev bu qərarın arxasında İranın neft ixracını sıfıra endirərək Tehran rəhbərliyinin əsas gəlir mənbəyini kəsmək məqsədi olduğunu vurğulayıb.

Həmçinin ABŞ, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin İranın neft bazardan tamamilə çıxarılmasından sonra qlobal tələbatın qarşılanması üçün zamanında hərəkətə keçmək barədə razılığa gəldikləri bildirilir.

Bu gün ABŞ mətbuatında yer alan xəbərlərdə Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Tayvan, Türkiyə, İtaliya və Yunanıstana edilən güzəştin mayın 2-dən sonra yenilənməyəcəyi iddiaları ortaya atılıb. Bu 8 ölkə İrana qarşı sanksiyalardan müvəqqəti olaraq azad olunmuşdu.

AzNews.az