"Gizlənmək üçün təhlükəsiz yer tapın" "Gizlənmək üçün təhlükəsiz yer tapın"
  • Qərb
  • 29 Aprel 2019 23:45
  •  1 948

ABŞ-ın Haitidəki səfirliyi yaxınlığında atışma olub - FOTO

"Gizlənmək üçün təhlükəsiz yer tapın"

ABŞ-ın Haitidəki səfirliyi binasının yaxınlığında atışma olub.

Bu barədə Birləşmiş Ştatların Dövlət Departamentinin Konsulluq Məsələləri üzrə Bürosunun "Twitter"dəki rəsmi səhifəsində bildirilir.

"Haiti: səfirliyin arxa girişində atışma gedir", - deyə xəbərdə bildirilir. Hadisə ilə əlaqədar səfirliyin kompleksinin sığınacaqlarında gizlənmək tapşırılıb: "Əgər siz səfirliyə gedirsinizsə, gizlənmək üçün təhlükəsiz yer tapın".

Haiti respublikasının hakimiyyət orqanları hələ hadisəyə reaksiya verməyib. Atəş açanların tutulması barədə xəbər verilmir.

Qərb yarımkürəsinin ən kasıb dövlətində kriminogen vəziyyət fevralda respublikada prezident Jovenel Moizanın istefası tələbləri ilə kütləvi etiraz aksiyalarının başlanmasından sonra pisləşib. Fevralın 14-də Port-o-Prensedə etirazçılarla polis əməkdaşları arasında ilk qarşıdurma olub. (report)

AzNews.az

image description