Hadisəni görənlər yanğınsöndürənlərə və təcili yardıma zəng ediblər Hadisəni görənlər yanğınsöndürənlərə və təcili yardıma zəng ediblər
  • Qərb
  • 30 Aprel 2019 09:15
  •  1 492

Helikopter qəzaya düşdü - 3 ölü var

Hadisəni görənlər yanğınsöndürənlərə və təcili yardıma zəng ediblər

ABŞ-ın Havaya ştatında içində 3 nəfər olan helikopter qəzaya uğrayıb.

AzNews.az xəbər verir ki, "Robinson R44 II" tipli helikopter yerli saatla 09:15 radələrində Havay ştatının Kailua bölgəsində bir yola düşüb.

Hadisəni görənlər yanğınsöndürənlərə və təcili yardıma zəng ediblər. Honolulu Yanğınsöndürən Dairəsinin səlahiyyətliləri helikopterdəki 3 nəfərin hadisə yerində öldüyünü bildirib.

Helikopterin tur xidməti göstərən müəssisəyə aid olduğu və düşmə səbəbinin araşdırıldığı deyilir.

Pərvanə Ağazadə

AzNews.az