Həmin şəxslər mərhum idmançının fotolarını yaymaqda ittiham olunurlar Həmin şəxslər mərhum idmançının fotolarını yaymaqda ittiham olunurlar
  • Qərb
  • 30 Aprel 2019 09:27
  •  2 329

Salanın fotosunu çəkən şəxslər həbs edildi

Həmin şəxslər mərhum idmançının fotolarını yaymaqda ittiham olunurlar

Britaniya polisi aviaqəzada həlak olmuş futbolçu Emiliano Salanın ölümdən sonrakı fotolarını çəkən iki nəfəri həbs edib.

Həmin şəxslər mərhum idmançının fotolarını yaymaqda ittiham olunurlar.

"The Sun" bildirib ki, faktla bağlı 48 yaşlı qadın və 62 yaşlı kişi saxlanılıb. Polislər güman edirlər ki, onlar meyitxananın kompyuterindəki fotolarını oğurlayıblar, sonra isə şəkli sosial şəbəkədə yayıblar.

Qeyd edilir ki, foto bir neçə həftə şəbəkədə paylaşılıb.

Xatırladaq ki, 28 yaşlı argentinalı futbolçunun olduğu təyyarə yanvarın 22-də Fransadan Uelsə uçuş zamanı radardan itib. Hava gəmisinin qalıqları fevralın əvvəllərində La-Manş boğazının dibində tapılıb. Futbolçunun cəsədi fevralın 8-də suyun dibindən çıxarılıb.

Daha əvvəl Uelsin "Kardiff Siti" komandası FIFA-ya təyyarə qəzasında dünyasını dəyişən futbolçu Emiliano Sala üçün Fransa "Nant"ına heç bir məbləğ ödəməyəcəyini bildirib.(report.az)

AzNews.az