"Biz bütün dünya üçün jandarm rolunu oynayırıq" "Biz bütün dünya üçün jandarm rolunu oynayırıq"
  • Qərb
  • 2 İyul 2019 14:12
  •  2 039

Tramp ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması şərtlərini açıqladı

"Biz bütün dünya üçün jandarm rolunu oynayırıq"

Amerikanın hərbi kontingenti son nəticədə Əfqanıstandan çıxarılmalıdır, lakin Birləşmiş Ştatların kəşfiyyat xidmətləri bu ölkədə daim qalacaq.

ABŞ Prezidenti Donald Tramp bu barədə Fox News telekanalının efirində deyib. O, Əfqanıstan barədə danışarkən ABŞ hərbçilərinin bu ölkədə həddən çox qaldığını qeyd edib.

“Biz bütün dünya üçün jandarm rolunu oynayırıq. Rusiyaya diqqət yetirin, o, dünya jandarmı deyil və yalnız öz daxilində asayişi qoruyur. Çinə də baxın, onun qoşunları hər yerdə deyil”, - deyə Donald Tramp bildirib.

“Amerika Əfqanıstandakı hərbi kontingentini xeyli ixtisar edib. Mən, sadəcə, bu ölkədən çıxmaq istəyirəm. Problem ondadır ki, bura terrorçular üçün bir növ laboratoriyaya bənzəyir. Biz Əfqanıstanı tərk edəcəyik, lakin burada çox güclü kəşfiyyat qoyacağıq”, - deyə ABŞ prezidenti əlavə edib.

Artıq 17 ildir ki, Əfqanıstanda hərbi əməliyyatlar davam edir. Kampaniyanın pik vaxtlarında - 2010-2013-cü illərdə bu ölkədə qərb qüvvələrinin sayı 150 min nəfərdən çox olub. ABŞ və NATO-nun əsas hərbi kontingenti Əfqanıstanı 2014-cü ildə tərk edib. Hazırda bu ölkədə alyansın 14 min təlimatçısı və müşaviri fəaliyyət göstərir.(AZƏRTAC)

AzNews.az