"Kuşçeviç tutduğu vəzifələri tərk edəcək" "Kuşçeviç tutduğu vəzifələri tərk edəcək"
  • Qərb
  • 9 İyul 2019 11:58
  •  4 091

Xorvatiyalı nazir istefa verdi

"Kuşçeviç tutduğu vəzifələri tərk edəcək"

Xorvatiyanın Baş naziri Andrey Plenkoviç administrasiya naziri Lovro Kuşçeviçin istefasını qəbul edib.

TASS xəbər verir ki, bu, yerli KİV-də Kuşçeviçin torpaq sahələri və daşınmaz əmlakla bağlı qeyri-qanuni maxinasiyaları haqqında məlumatın dərc olunmasından sonra baş verib.

Qeyd olunur ki, hakim Xorvatiya Demokratik Birliyi Partiyası uzun sürən müşavirəsindən sonra Kuşçeviç həmçinin partiyanın siyasi müşaviri vəzifəsindən də gedib.

"KİV-də yazılanları nəzərə alaraq, Kuşçeviç tutduğu vəzifələri tərk edəcək və parlamentdəki işinə qayıdacaq. O, ardından mediada işıq üzü görən bütün anlaşılmazlıqları həll edəcək", - baş nazir deyib.(report.az)

AzNews.az