Boris Conson bunu İcmalar Palatasında çıxışında deyib Boris Conson bunu İcmalar Palatasında çıxışında deyib
  • Qərb
  • 29 İyul 2019 13:54
  •  2 377

Boris Conson 500 min mühacirə amnistiya verilməsini istədi

Boris Conson bunu İcmalar Palatasında çıxışında deyib

Böyük Britaniyanın yeni Baş naziri Boris Conson 500 min mühacirə amnistiya verilməsini dəstəklədiyini söyləyib.

B.Conson bunu İcmalar Palatasında çıxışında deyib. O, uzun illər İngiltərədə yaşayan və heç bir cinayət əməli törətməyən yarım milyon insanın bağışlanmasının vacibliyini bildirib. Conson Avstraliyadakı immiqrasiya sistemini nümunə gətirərək, İngiltərənin də bu sistemə keçməli olduğunu qeyd edib.

Qeyd edək ki, həmin sistem immiqrantlara yaşları, qabiliyyətləri, ingilis dilini bilmə səviyyəsi və iş təcrübəsi kimi xüsusiyyətlərinə görə müddətsiz yaşayış icazəsi verir.(AZƏRTAC)

AzNews.az