Görüşün ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçirilməsi nəzərdə tutulur Görüşün ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçirilməsi nəzərdə tutulur
  • Qərb
  • 23 Sentyabr 2019 09:33
  •  2 922

Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcək - Bu gün Nyu-Yorkda

Görüşün ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçirilməsi nəzərdə tutulur

Bu gün Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək.

Görüşün ATƏT-in Minsk Qrupu həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) vasitəçiliyi ilə keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ötən gün xarici işlər naziri Elmar Məmmədyarov Nyu Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar, eləcə də münaqişə zonasındakı vəziyyət və ümumilikdə, münaqişənin tənzimlənməsi üzrə həmsədrlərin gələcək fəaliyyət planları və perspektivləri müzakirə edilib. (Report)