- Qərb
- 7 Noyabr 2019 15:47
- 3 803
Qarabağla bağlı növbəti təxribatın qarşısı alındı
Səfirliyin müdaxiləsindən sonra şirkətin rəhbərliyi Azərbaycandan üzr istəyib
Almaniyada Dağlıq Qarabağla bağlı növbəti təxribatın qarşısı alınıb.
Azərbaycanın bu ölkədəki səfirliyi “EuroSchein Souvenir GmbH” şirkəti tərəfindən üzərində “Republic of Artsakh” yazısı olan 0 avro suvenirinin dövriyyəyə buraxılmasının qarşısını alıb.
Səfirliyin müdaxiləsindən sonra şirkətin rəhbərliyi Azərbaycandan üzr istəyib, suvenirin dövriyyəyə buraxılmayacağını bildirib və bu barədə məlumatı internet saytından silib.(Report)
AzNews.az