Tarix olduğundan fərqli göstərilməməlidir Tarix olduğundan fərqli göstərilməməlidir
  • Qərb
  • 14 Noyabr 2019 09:45
  •  2 824

"Erməni soyqırımı" qanun layihəsi blok edildi - ABŞ-dan GÖZLƏNİLMƏZ ADDIM

Tarix olduğundan fərqli göstərilməməlidir

ABŞ-lı senator Lindzi Qraham 1915-ci ildə baş verən hadisələrin senat tərəfindən "soyqırım" kimi tanınmasını nəzərdə tutan qanun layihəsinin səsverməsinə blok qoyub.

AzNews.az xəbər verir ki, demokrat senator Bob Menendez "erməni soyqırımı"nın rəsmən tanınmasını nəzərdə tutan qanun layihəsinə səs verilməsini tələb edib.

Buna cavab olaraq respublikaçı senator Lindzi Qraham layihəyə səsverməni blok edib və buna qarşı olduğunu bildirib.

Qraham bu barədə açıqlamasında Türkiyənin keçirdiyi "Barış Pınarı" hərəkatı və Suriyadakı problemlərlə bağlı R.T.Ərdoğan və Donald Trampla görüşdüyünü deyib.

"Ümid edirəm ki, Türkiyə və Ermənistan görüşüb, bu problemi müzakirə edər. Senatorlar tarixi yenidən yazmamalı və onu olduğundan fərqli göstərməməlidir".

O, bu qərarı keçmişə yox, gələcək Türkiyə-Amerika münasibətlərinə baxaraq verdiyini qeyd edib.

Pərvanə

AzNews.az