Dəfn edilənlər 250 nəfərdən ibarət afroamerikalı olub Dəfn edilənlər 250 nəfərdən ibarət afroamerikalı olub
  • Qərb
  • 21 Noyabr 2019 22:32
  •  2 016

Məktəb binasında 145 insan qalığı tapıldı

Dəfn edilənlər 250 nəfərdən ibarət afroamerikalı olub

ABŞ-ın Florida ştatında məktəb binasında 145 insan sümüyü tapılıb.

“BBC” xəbər verir ki, insan qalıqları georadarlar vasitəsilə Tamp şəhəri ərazisindəki məktəbdə aşkarlanıb.

1-1,5 metr dərinlikdə basdırılmış cəsədlərin XX əsrdə kasıbların dəfn edildiyi Ricvud qəbiristanlığına aid olduğu ehtimal edilir. Məlumata görə, dəfn edilənlər 250 nəfərdən ibarət afroamerikalı olub. Onlardan 80-i uşaqdır.

Qeyd edək ki, məktəb binasının altında qəbiristanlıq ola biləcəyi haqda məlumat oktyabrdan yayılıb. Bundan sonra mütəxəssislər axtarışlara başlayıblar.(qafqazinfo.az)

AzNews.az